Gəl yağışa addım ataq yada qarışaq buludlara Gəl ümidvaram sözünü dəyişək olsun unutmaram Gəl elə bil torpağa girək ki əbədi yata bilək Yada elə bil duaya dönək ki Allaha çata bilək Mən geri dönənə qədər bütün ulduzları say demişəm O qədər dəli oldum qişa yay,noyabra may demişəm Sən yarimin qasidisən əyləş sənə çay demişəm Bəlkə tez xəbər gətirəsən yardan gələn ay demişəm Gəl bu millətə yuxusuzluq dərmanı daddıraq Gəl elə bir üsyan qaldıraq buranı yandıraq Mən gözəlliyinə aşiq sən isə Qarabağ olaydın Mən Müşfiq olaydım sən də Yenə O Bağ olaydın Gəl elə bir külək ol kəfənimi cır mənə əs gedim Yada şaxta ol beynimi dondur bədənimi kəs gedim Geri dönməzmi gedən qatar bir dəfə dayanmazmı Oyadar xəlq-i-əfqanım qara baxtım oyanmazmı Biz yolunan saçların əvəzini yolmağa gəlmişik Biz Xarı Bülbülün haqqını almağa gəlmişik Mən şəhidəm sən qərənfilim solmağa gəlmişik Biz tək müharibədə könüllü olmağa gəlmişik Gəl son cəngavər döyüş təbilini vuranda görüşək Gəl Turanda görüşək ayələrə dönək Quranda görüşək Gəl əbədi BozQurda dönək ulayaq qiyamətə Gəl bütün Türkistan Qarabağ üçün ayağa duranda görüşək Gəl Turanda görşək!

Теги: music poetry azerbaijan

Теги других блогов: music poetry azerbaijan